Bundesliqada bu gün: "Bavariya" "Ayntraxt"a, "Borussiya" "Bayer"ə qarşı

Bundesliqada bu gün: "Bavariya" "Ayntraxt"a, "Borussiya" "Bayer"ə qarşı
Almaniya Bundesliqasında mübarizə davam edir.
Fanat.Az xəbər verir ki, bu gün çempionatda 27-ci turun növbəti beş görüşü keçiriləcək. Lider "Bavariya" "Ayntraxt"ı qəbul edəcək. Üçüncü pillənin sahibi "Borussiya" (Mönhenqladbah) iki xal qabaqladığı "Bayer"lə qarşılaşacaq. Bir digər maraqla gözlənilən oyunda isə Dortmund "Borussiya"sı "Volfsburq"un qonağı olacaq.
Almaniya Bundesliqası
27-ci tur
17:30. "Borussiya" (Mönhenqladbah) - "Bayer"
17:30. "Volfsburq" - "Borussiya" (Dortmund)
17:30. "Paderborn" - "Hoffenhaym"
17:30. "Frayburq" - "Verder"
20:30. "Bavariya" - "Ayntraxt" (Frankfurt)
Qeyd edək ki, 27-ci turun açılış matçında "Herta" "Union"u 4:0 hesabı ilə məğlub etmişdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər