Almaniya Bundesliqasında XXIV turunun oyunları keçirilir. Fanat.az xəbər verir ki, ötən gün 7 oyun baş tutub.
"Bavariya" səfərdə "Volfsburq"u darmadağın edib - 6:1. Tomas Müller və Mario Mandzukiç dubl edib, Xerdan Şaqiri və Frank Riberi hərəyə bir qol vurub.
"Şalke 04" evdə "Hoffenhaym"ı 4:0, "Verder" səfərdə "Nürnberq"i 2:0, "Auqsburq" "Borussiya"nı (Münhenqladbax) 2:1 hesabı ilə yenib. "Hamburq" - "Ayntarxt" və "Hannover 96" - "Bayer" oyunları 1:1, "Ştutqart" - "Ayntraxt" (Braunşveyq) matçı 2:2 hesabı ilə başa çatıb.