Bundesliqada 7 dəqiqəyə het-trik - VİDEO

Bundesliqada 7 dəqiqəyə het-trik - VİDEO

Almaniya Bundesliqasında XXVI tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun son qarşılaşmasında "Bayer" doğma meydanda "Volfsburg"u qəbul edib. Oyuna meydan sahibləri fəal başlayıblar. İlk hissənin sonlarında ev sahibinin oyunçusu K. Belarabi komandasını önə keçirib - 1:0.

İlk hissə 1:0 hesabı ilə yekunlaşıb.

İkinci hissəyə də ev sahibləri fəal başlayaraq K. Follandın qolu ilə fərqi 2 topa yüksəldiblər - 2:0. Ancaq bundan sonra səhnəyə Qomes çıxıb. 7 dəqiqəyə het-trik edən forvard komandasını hesabda önə çıxarıb. Yekunda oyun 3:3 hesabıyla başa çatıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər