Bundesliqa: Zirvəyə daha iki şərik çıxdı

Bundesliqa: Zirvəyə daha iki şərik çıxdı

Almaniya Bundesliqasında 21-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün daha 3 qarşılaşma baş tutub.

“Union Berlin” - “Şalke” matçı qolsuz bitib. Beş qolun qeydə alındığı “Bayer” - “Maynts” matçı qonaqların xeyrinə başa çatıb. Dortmund “Borussiya”sı da “Herta” ilə ev oyununda darmadağına imza atıb.

21 turdan sonra “Borussiya” (Dortmund) və “Union Berlin” lider “Bayern”lə xallarını (43) bərabərləşdirib. “Frayburq”un 40, “Leypsiq”in 39, “Ayntraxt”ın 38 xalı var.

Almaniya Bundesliqası 21-ci tur 17 fevral

Auqsburq – Hoffenhaym 1:0 Qol: Yensen, 88.

18 fevral

Borussiya (Mönhenqladbax) – Bayern 3:2 Qol: Ştindl, 13. Hofmann, 55. Turam, 84 – Şupo-Motinq, 35. Tel, 90+3.

Bohum – Frayburq 0:2 Qol: Qreqoriç, 39. Holer, 51.

Ştutqart – Köln 3:0 Qol: Dias, 9. Sosa, 59. Kulibali, 74.

Volfsburq – Leypsiq 0:3 Qol: Forsberq, 14. Laymer, 85. Soboslai, 90+2.

Ayntraxt – Verder 2:0 Qol: Fridl, 8-öz qapısına. Muani, 52.

19 fevral

Union Berlin – Şalke 0:0

Borussiya (Dortmund) – Herta 4:1 Qol: Adeyemi, 27. Malen, 32. Roys, 76. Brandt, 90 – Tuzar, 47.

Bayer – Maynts 2:3 Qol: Amiri, 32. Şik, 58 – Kasi, 26. Barreyro, 45+4. İnqvartsen, 82-pen.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər