Bundesliqada mübarizə aparan "Ştutqart" baş məşqçi ilə yollarını ayırıb. Fanat.az xəbər verir ki, Bruno Labbadia ilə yolların ayrılması barədə klub məlumat yayıb.
Qeyd edək ki, idarə heyəti bu qərarı "Auqsburq" (2:1) məğlubiyyətindən sonra verib. 2010-cu ildən bu yana klubun uğurları üçün çalışan Labbadianı kimin əvəzləyəcəyi haqda məlumat verilmir.