Bundesliqa: "Ştutqart"a 1 qol bəs etdi

Bundesliqa: "Ştutqart"a 1 qol bəs etdi

Almaniya Bundesliqasında 20-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 2 oyun baş tutub.

“Ştutqart” evdə “Frayburq”a, “Borussiya” (Dortmund) isə “Haydenhaym”a qalib gəlib.

51 xala malik “Bayern” vahid liderdir. Dortmund “Borussiya”sı 45, “Hoffenhaym” 42, “Ştutqart” 39, “Leypsiq” 36, “Bayer” 35 xal toplayıb.

Almaniya Bundesliqası 20-ci tur 30 yanvar

Köln – Volfsburq 1:0 Qol: Mayna, 29.

31 yanvar

Auqsburq – Sankt Pauli 2:1 Qollar: Qreqoriç, 41; 59 – Sinani, 32-pen.

Ayntraxt – Bayer 1:3 Qollar: Kox, 50 – Artur, 26. Tillman, 33. A.Qarsiya, 90+3.

Hoffenhaym – Union Berlin 3:1 Qollar: Kramariç, 42-pen; 45. Leyte, 47-öz qapısına – Xedira, 68.

Leypsiq – Maynts 1:2 Qollar: Harder, 40 – Amiri, 45+6-pen. Silas, 49.

Verder – Borussiya (Mönhenqladbax) 1:1 Qollar: Topp, 90+4 – Tabakoviç, 61.

Hamburq – Bayern 2:2 Qollar: Vyeyra, 34-pen – Keyn, 42.

1 fevral

Ştutqart – Frayburq 1:0 Qol: Demiroviç, 90.

Borussiya (Dortmund) – Haydenhaym 3:2 Qollar: Anton, 44. Girassi, 68; 70 – Nihues, 45+5; 48.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər