Bundesliqa: "Maynts" məğlubiyyətdən son dəqiqələrdə qurtuldu

Bundesliqa: "Maynts" məğlubiyyətdən son dəqiqələrdə qurtuldu

Almaniya Bundesliqasında 30-cu tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son gündə 3 oyun baş tutub.

“Borussiya” (Mönhenqladbax) – “Maynts” matçında qalib müəyyənləşməyib. “Frayburq” evdə “Haydenhaym”a, lider “Bayern” isə “Ştutqart”a qalib gəlib.

Hazırda 79 xala malik “Bayern” vahid liderdir. Dortmund “Borussiya”sı 64, “Leypsiq” 59, “Ştutqart” 56, “Hoffenhaym” 54, “Bayer” 52 xal toplayıb.

Almaniya Bundesliqası 30-cu tur 17 aprel

Sankt Pauli – Köln 1:1 Qollar: Mets, 69 – Valdşmidt, 86-pen.

18 aprel

Bayer – Auqsburq 1:2 Qollar: P.Şik, 12 – Rieder, 15; 90+7-pen.

Hoffenhaym – Borussiya (Dortmund) 2:1 Qollar: Kramariç, 42-pen; 90+8-pen – Girassi, 87.

Union Berlin – Volfsburq 1:2 Qollar: Burke, 85 – Vimmer, 11. Peyçinoviç, 46.

Verder – Hamburq 3:1 Qollar: Staqe, 37; 57. Puertas, 90+1 – Qlatsel, 41.

Ayntraxt – Leypsiq 1:3 Qollar: Larsson, 34 – Diomande, 27. Nusa, 70. Harder, 81.

19 aprel

Frayburq – Haydenhaym 2:1 Qollar: Manzambi, 24. Eggeştayn, 83 – Zivzivadze, 58.

Bayern – Ştutqart 4:2 Qollar: R.Gerreyro, 31. N.Cekson, 33. A.Devis, 37. H.Keyn, 52 – K.Fuhrix, 21. Ç.Andres, 88.

Borussiya (Mönhenqladbax) – Maynts 1:1 Qollar: Skalli, 7 – Amiri, 90+6-pen.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər