Almaniya Bundesliqasında IV turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub. "Frayburq"la "Herta" arasında keçirilən matç 2:2 hesabı ilə yekunlaşıb.
İkinci oyun günündə 6 qarşılaşma keçirilib. "Bavariya" səfərdə "Hamburq"la heç-heçə oynayıb - 0:0. Dortmund "Borussiya"sı "Maynts 05"ə 0:2 hesabı ilə yenilib.
"Paderborn" "Hannover 96"nı, "Hoffenhaym" "Ştutqart"ı 2:0,"Auqsburq" "Verder"i 4:2 hesabı ilə yenib. "Şalke 04" - "Ayntraxt" matçı 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, turun son iki oyunu bu gün keçiriləcək.
Fanat.az