Bundesliqa: Lideri "şapalaqlayıb" 3-cü sıraya göndərdilər

Bundesliqa: Lideri "şapalaqlayıb" 3-cü sıraya göndərdilər

Almaniya Bundesliqasında 13-cü tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutub.

“Bayer Leverkuzen” öz meydanında lider "Union Berlin"i 5 cavabsız qolla darmadağın edib. Günün digər matçında isə "Qarabağ"ın Avropa Liqasının qrupundakı rəqiblərindən olan “Frayburq” “Köln”ü 2 cavabsız qolla yenib.

13 turdan sonra “Bayern Münhen” 28 xalla vahid liderə çevrilib. İkinci pilləyə yüksələn “Frayburq”un 27, üçüncü sıraya düşən “Union Berlin”in isə 26 xalı var. Dortmund “Borussiya”sı 25 xalla 4-cüdür.

Bundesliqa XIII tur

 

6 noyabr

Bayer Leverkuzen – Union Berlin 5:0 Qollar: Andrix, 46. Diabi, 56; 58. Hlojek, 68. Bakker, 76.

Frayburq – Köln 2:0 Qollar: Yonq, 53. Qreqoriç, 64.

5 noyabr

Auqsburq – Ayntraxt 1:2 Qollar: Berişa, 1 – Rode, 13. Knauff, 64.

Borussiya (Dortmund) – Bohum 3:0 Qollar: Mukoko, 8; 45+2. Reyna, 12-pen.

Herta – Bayern Münhen 2:3 Qollar: Lukebakio, 40. Selke, 45 – Musiala, 12. Şupo-Motinq, 37; 38.

Hoffenhaym – Layptsiq 1:3 Qollar: Rutter, 50 – Nkunku, 17; 57. Olmo, 69.

Maynts – Volfsburq 0:3 Qollar: Vimmer, 33. Arnold, 70. Baku, 84.

Verder – Şalke 2:1 Qollar:Fullkruq, 30. Dukş, 76. – Dreksler, 89.

4 noyabr

Borussiya (Mönhenqladbax) – Ştutqart 3:1 Qollar: Hofmann, 4. Turam, 25. Hermann, 90+4 – T.Tomas, 35.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər