Bundesliqa: Liderdən darmadağın

Bundesliqa: Liderdən darmadağın

Almaniya Bundesliqasında 20-ci turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün daha 6 qarşılaşma baş tutub.

Lider “Bayern” “Bohum”la ev oyununda darmadağına sevinib. Səfərdə “Verder”lə qarşılaşan Dortmund “Borussiya”sı da turu qələbə ilə başa vurub. “Bayer”lə “Union Berlin” isə müvafiq olaraq “Hoffenhaym” və “Leypsiq”lə səfər matçlarından qalib ayrılıb. “Frayburq” “Ştutqart”ı, “Maynts” da “Auqsburq”u məğlub yola salıb.

Almaniya Bundesliqası 20-ci tur 10 fevral

Şalke – Volfsburq 0:0

11 fevral

Bayern – Bohum 3:0 Qol: Müller, 41. Koman, 64. Qnabri, 74-pen.

Frayburq – Ştutqart 2:1 Qol: Qrifo, 60-pen; 84-pen – Fuhrix, 30.

Hoffenhaym – Bayer 1:3 Qol: Nsoki, 77 – Andrix, 6. Diabi, 47. Hlojek, 56.

Maynts – Auqsburq 3:1 Qol: Li Sunq, 21; 52. Onisivo, 24 – Demiroviç, 28.

Verder – Borussiya (Dortmund) 0:2 Qol: Gittens, 67. Brandt, 85.

Leypsiq – Union Berlin 1:2 Qol: Henriks, 24 – Haberer, 61. Knoxe, 72.

12 fevral

18:30. Herta – Borussiya (Mönhenqladbax) 20:30. Köln – Ayntraxt

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər