Bundesliqa: Lider uduzsa da, zirvədə qaldı

Bundesliqa: Lider uduzsa da, zirvədə qaldı

Almaniya Bundesliqasında 11-ci tur başa çatıb. 

Fanat.Az xəbər verir ki, son oyun günündə 2 görüş reallaşıb.

Lider “Union Berlin” səfərdə "Bohum"a boyun əyib. “Herta” isə evdə “Şalke”ni üstələyib.

11 turdan sonra 23 xalı olan “Union Berlin” hələ də vahid liderdir. “Bayern” 22 xalla 2-ci, “Frayburq” 21 xalla 3-cüdür. 20 xalı olan “Ayntraxt” 4-cü, Dortmund “Borussiya”sı 19 xalla 5-ci pillədə qərarlaşıb.  

Bundesliqa XI tur

23 oktyabr 

Bohum – Union Berlin 2:1 Qollar: Hofmann, 43; 71 – Pantoviç, 90+3.

Herta – Şalke 2:1 Qollar: Tuzar, 49. Kanqa, 88 – Molle, 85.

22 oktyabr

Hoffenhaym - Bayern Münhen 0:2 Qollar: Musiala, 18, Şupo-Motinq, 38. 

Frayburq - Verder 2:0  Qollar: Kübler, 56, Qrifo, 80-pen. 

Borussiya (Dortmund) - Ştutqart 5:0 Qollar: Bellinqem, 2, 53; Züle,13, Reyna, 44, Mukoko, 72. 

Bayer Leverkuzen - Volfsburq 2:2 Qollar:  Diabi, 17. Frimponq, 76 – Andrix, 28-öz qapısına. Arnold, 54.

Auqsburq - Layptsiq 3:3 Qollar: Berişa, 34-pen, Demiroviç, 51, Varqas, 64 - Andre Silva, 73, Nkunku, 89, Novoa, 90. 

Borussiya (Mönhenqladbax) - Ayntraxt  1:3 Qollar: Türam, 72 - Lindstrem, 6, 45, Ebimbe, 29. 

21 oktyabr

Maynts - Köln 5:0 Qollar: İnqvartsen, 11. Dominik Kor, 35. Staç, 40. Aron Martin, 73. Onisovo 83. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər