Bundesliqa: "Layptsiq" rəqib meydanında şou göstərdi

Bundesliqa: "Layptsiq" rəqib meydanında şou göstərdi

Futbol üzrə Almaniya Bundesliqasında 26-cı tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, son oyun günündə dörd matç keçirilib.

“Ayntraxt” öz meydanında “Bohum” üzərində əzmkar qələbə qazanıb. 

“Bayer Leverkuzen” evdə “Köln”ə boyun əyib.

Dortmund “Borussiya”sı “Arminiya”ya minimal hesabla üstələyibsə, “Layptsiq” səfərdə “Qroyter”i darmadağın edib.

Qeyd edək ki, bu tur keçirilməli olan “Auqsburq” - “Maynts” qarşılaşması qonaqların heyətində koronavirusa kütləvi yoluxma üzündən ertələnib.   Almaniya Bundesliqası 26-cı tur 13 mart   Bayer Leverkuzen – Köln 0:1 Qol: Şindler, 67.   Ayntraxt – Bohum 2:1 Qollar: Masoviç, 46-öz qapısına. Kamada, 52 – Polter, 19.   Borussiya D – Arminiya 1:0 Qol: Volf, 21.   Qroyter – Layptsiq 1:6 Qollar: Levelinq, 4 – A.Silva, 17. Forsberq, 32. Laymer, 35. Henrixs, 45. Simakan, 59. Nkunku, 69.

12 mart   Union Berlin – Ştutqart 1:1 Qollar: Avoniyi, 41-pen. – Kaladziç, 90.   Frayburq – Volfsburq 3:2 Qollar: Qrifo, 7; 44. Şlotterbek, 87 – Kruse, 52. Arnold, 84.   Hoffenhaym – Bayern Münhen 1:1 Qollar: Baumqartner, 32 – Levandovski, 45+3.   Borussiya M – Herta 2:0 Qollar: Plea, 24-pen. Ginter, 59.    

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər