Bundesliqa klubundan gülməli təqdimat - VİDEO

Bundesliqa klubundan gülməli təqdimat - VİDEO

Bundesliqa klubu “Hoffenhaym” yeni oyunçusunu təqdim edib. 

Fanat.Az xəbər verir ki, bu, “Şalke”dən transfer edilən sol cinah yarımmüdafiəçisi Marius Bülterdir.  Onun transferi “ağ-göylər”ə 3 milyon avroya başa gəlib.

"Hoffenhaym oyunçusunu qeyri-adi şəkildə təqdim edib ki, tanıtım klipindəki yaradıcılıq transferi daha diqqətçəkən edib. Məsələ burasındadır ki, “Şalke”nin matçlarının birində Bülter “Hoffenhaym”ın doğma stadionu – “Wirsol-Rhein-Neckar-Arena”da yan bayrağı qırıb.

Klipdə Bülter sınıq bayraq və yapışqan lentlə yeni klubun ofisinə gəlib və "üzr istəyirəm" deyib.  

Marius ötən mövsüm "Şalke"nin heyətində 35 oyun keçirib, 11 qol vurub və bir məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər