Bundesliqa klubu yeni baş məşqçisini açıqladı

Bundesliqa klubu yeni baş məşqçisini açıqladı

Almaniyanın "Maynts" klubu yeni baş məşqçinin təyinatını açıqlayıb.

Fanat.Az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti açıqlama yayıb.

Yan Zivertin istefasından sonra komandaya, bu həftəyə qədər "Sürix"i çalışdıran danimarkalı mütəxəssis Bo Henriksen rəhbərlik edəcək. 49 yaşlı mütəxəssis "Maynts"la 2026-cı ilə qədər müddətə müqavilə imzalayıb.

Hazırda "Maynts" Bundesliqadan enmə zonasında - turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər