Bundesliqa klubu türk məşqçiyə tapşırıldı

Bundesliqa klubu türk məşqçiyə tapşırıldı

Türkiyə yığmasının üzvləri Hakan Çalhanoğlu və Ömər Toprakın formasını geydiyi "Bayer" Tayfun Korkutla anlaşıb.

Fanat.Az xəbər verir ki, səfərdə Dortmund "Borussiya"sına 2:6 hesabı ilə məğlub olan Leverkuzen təmsilçisi baş məşqçisi Rocer Şmidtlə yolları ayırmışdı. Almaniyanın köklü klublarından olan "Bayer" Korkutla mövsümün sonuna qədər anlaşıb. 

Hazırda Leverkuzen təmsilçisi Çempionlar Liqasının 1/8 final mərhələsində çıxış edir və 1/4-ə adlamaq üçün Madrid "Atletiko"su ilə mübarizə aparır. Tərəflər arasında fevralın 21-də Almaniyada baş tutan ilk matçda ispanlar 4:2 hesablı qələbə qazanmışdı.

Türkiyəli mütəxəssis daha öncə Almaniya klublarından "Hannover 96" və "Kayzerslautern"i çalışdırmışdı. "Bayer" onu karyerasında 3-cü komanda olacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər