Bundesliqa klubu qapıçısını satdı

Bundesliqa klubu qapıçısını satdı

İtaliyanın “Cenoa” klubu bu mövsümün əvvəlində Almaniya “Leypsiq”indən icarəyə götürdüyü qapıçı Xosep Martinesin transfer hüquqlarını da alıb.

Fanat.Az xəbər verir ki, bu barədə B Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Transferin detalları açıqlanmayıb. İspaniyadan olan qapıçı ilə müqavilənin müddəti barədə də məlumat verilməyib.

Xatırladaq ki, “Cenoa” yeni mövsümdən A Seriyasında mübarizə aparacaq. Komandanın elitaya yüksəlməsində Xosep Martinesin də xüsusi əməyi var. O, bu komandada keçirdiyi 30 oyundan 19-da qapısını toxunulmaz saxlamağı bacarıb.

“Barselona”nın yetirməsi olan 24 yaşlı qolkiper “Leypsiq”dən öncə ölkəsində “Las Palmas”ın da uğurları üçün çalışıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər