Bundesliqa klubu karantinə alındı

Bundesliqa klubu karantinə alındı
Almaniyanın "Herta" komandası tam tərkibdə karantinə alınıb.
 
Fanat.Az xəbər verir ki, buna Pal Dardai, onun köməkçisi Admir Hamzagiç, futbolçular Dodi Lükebakio və Marvin Plattenhardtın koronavirusa yoluxmaları səbəb olub.
"Bild"in yaydığı məlumata görə, yerli hakimiyyət orqanlarının bu qərara israr etdiyi bildirilib. Bu, Bundesliqada 4 müsbət test üzündən bütün komandanın təcrid olunduğu ilk haldır.
Qeyd edək ki, "Herta" Bundesliqada "Maynts", "Frayburq" və "Şalke" ilə matçları buraxacaq.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər