"Şalke 04" təxminən bir illik fasilədən sonra Bundesliqada qələbə qazanıb.
Fanat.Az xəbər veir ki, komanda liqanın XV turu çərçivəsində "Hoffenhaym"ı 4:0 hesabı ilə yenib. Mattey Hoppenin het-trik etdiyi oyunda Amine Harit qol vurub.
Bu mövsüm ilk dəfə öz meydanında 3 xal qazanan "Şalke 04" Bundesliqada bir illik qələbə həsrətinə son qoyub. Komanda liqadakı son qələbəsni ötən ilin 17 oktyabrında Münhenqladbax "Borussiya"sı üzərində qazanmışdı - 2:0.