Almaniyanın "Hoffenhaym" klubu baş məşqçisi Sebastyan Hönesslə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
40 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, o, 2020-ci ilin yayından "Hoffenhaym"a rəhbərlik edirdi. Komanda Hönessin başçılığı altında mövsümü 9-cu pillədə başa vurub.