Almaniya Bundesliqasının sonuncu turunda "Borussiya" (Münhenqladbax) ilə oyundan sonra "Verder"in baş məşqçisi Viktor Skripnik postundan kənarlaşdırılıb.
Fanat.Az xəbər verir ki, klub rəhbərliyi Skripnik və onun köməkçiləri Florian Kohfeldtlə Torsten Fringsin tutduqları vəzifədən azad edildiklərini açıqlayıb. Skripnikin əvəzinə isə müvəqqəti olaraq klubun 23 yaşlılardan ibarət komandasının baş məşqçisi Aleksanr Nouri gətirilib. "Verder"in rəhbəri Frank Bauman Münhenqladbax təmsilçisinə məğlubiyyətdən sonra artıq hazırkı sistemin "işləyəcəyinə" inanmadığı üçün belə addım atdıqlarını bildirib.
Qeyd edək ki, mövsümə yaxşı başlamayan "yaşıl-ağlar" son iki turda "Bavaria" və "Auqsburq"a da məğlub olmuşdu. Dünənki oyunda isə "Borussiya" bremenlilərin qapısından 4 qol keçirməklə onlara növbəti zərbəni vurub. Göstərdiyi zəif nəticələr üzündən "Verder" hazırda turnir cədvəlinin ən sonuncu pilləsində qərarlaşıb.
Fanat.Az