Bundesliqa klubu baş məşqçisini istefaya göndərməyə hazırlaşır

Bundesliqa klubu baş məşqçisini istefaya göndərməyə hazırlaşır

"Layptsiq"in Almaniya Bundesliqasına uğursuz start verməsi klub rəhbərliyini narahat edir. 

Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, rəhbərlik baş məşqçi Domeniko Tedeskonun istefasını nəzərdən keçirməyə başlayıb.

Mənbənin iddiasına görə, “kreslosu laxlayan” çalışdırıcı növbəti turda “Volfsburq”la oyundan sonra istefaya göndərilə bilər.

Qeyd edək ki, "Layptsiq" ilk iki turda "Ştutqart" (1:1) və "Köln"lə (2:2) heç-heçə edib, son matçda isə "Union Berlin"ə uduzub (1:2).  Beləliklə, Tedeskonun yetirmələri iki xalla turnir cədvəlində 11-ci yerdədir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər