"Auqsburq" baş məşqçi Martin Şmidti istefaya göndərib.
Fanat.Az xəbər verir ki, "Bavariya"ya məğlubiyyətdən (0:2) sonra klub rəhbərliyi isveçrəli mütəxəssislə yollarını ayırmaq qərarına gəlib.
"Auqsburq" Bundesliqada keçirdiyi son 9 matçın 7-də uduzub. Bavariya təmsilçisi 25 turdan sonra 14-cü pillədə qərarlaşıb.
Martin Şmidt ötən ilin aprel ayından bəri "Auqsburq"u çalışdırırdı.
Fanat.Az