Bundesliqa klubu baş məşqçisi ilə vidalaşdı - RƏSMİ

Bundesliqa klubu baş məşqçisi ilə vidalaşdı - RƏSMİ

Almaniyanın Bundesliqa klublarından olan "Auqusburq"un rəhbərliyi baş məşqçi Sandro Vaqnerlə əməkdaşlığa son qoyub.

Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.

Eyniadlı şəhərin təmsilçisi Vaqnerlə qarşılıqlı razılıq əsasında vidalaşıb. Onun yerini qış fasiləsinə qədər Manuel Baum tutacaq. Başqa sözlə, komandanı 2025-ci ildəki son 3 matçına Baum çıxaracaq.

Qeyd edək ki, sözügedən mütəxəssis bu ilin yayından komandanı "sükanı arxası"nda idi.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər