Bundesliqa klubları oyunçularını dəyişdi

Bundesliqa klubları oyunçularını dəyişdi
Almaniyanın "Auqsburq” və "Herta” komandaları futbolçu dəyişikliyi edib. 
Fanat.Az xəbər verir ki, "Herta”nın yarımmüdafiəçisi Aren Mayer icarə əsasında "Auqsburq”a keçib.
 
Auqsburqlular mövsümün sonunda 22 yaşlı futbolçunun transfer hüquqlarını da ala bilər. "Herta”nın öz yetirməsi olan yarımmüdafiəçi ötən mövsüm "Arminiya”da da icarədə olub. "Herta” isə "Auqsburq”un 23 yaşlı hücumçusu Marko Rixteri 8 milyon avro qarşılığında birdəfəlik transfer edib. 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər