Bundesliqa: "Frayburq" səfərdən xalsız döndü

Bundesliqa: "Frayburq" səfərdən xalsız döndü

Almaniya Bundesliqasında 14-cü tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, son oyun günündə 5 görüş reallaşıb.

“Köln” evdə “Bayer Leverkuzen”ə uduzubsa, “Union Berlin” - “Auqsburq” qarşılaşması bərabərliklə başa çatıb.

 “Ayntraxt” “Hoffenhaym”ı, “Layptsiq” “Frayburq”u, “Şalke” isə “Maynts”ı evə məğlub göndərib.

14 turdan sonra “Bayern Münhen” 31 xalla vahid liderdir. “Union Berlin” və “Frayburq”un 27 xalı var. “Ayntraxt” 26 xalla dördüncüdürsə, növbəti pillələrdə qərarlaşmış “Layptsiq”lə Dortmund “Borussiya”sının hərəyə 25 xalı var.

Almaniya Bundesliqası

XIV tur

9 noyabr

Köln – Bayer Leverkuzen 1:2 Qollar: Şmits, 30 – Amiri, 65. Diabi, 71.

Ayntraxt – Hoffenhaym 4:2 Qollar: Sou, 6. Muani, 8. Ebimbe, 29. Lindstrom, 56 – Baumqartner, 38. O.Kabak, 46.

Layptsiq – Frayburq 3:1 Qollar: Simakan, 54. Nkunku, 56. Forsberq, 78-pen – Kubler, 66.

Şalke – Maynts 1:0 Qol: Terodde, 10.

Union Berlin – Auqsburq 2:2 Qollar: Bekker, 7. Behrens, 22 – Nyederlexner, 9; 49.

8 noyabr

Bayern Münhen - Verder 6:1  Qollar: Musiala, 6, Motinq, Qnabri, 22, 28, 82; Qoretska, 26, Tel, 84 - Junq, 10.

Bohum - Borussiya Mönhenqladbax 2:1 Qollar: Adyey, 7, Hofmann, 12 - Plea, 62.

Ştutqart - Herta 2:1 Qollar: Quriassi, 3, Mavropanos, 90+8 - Lukabakio, 19.

Volfsburq - Borussiya Dortmund 2:0 Qollar: Van de Ven, 6, Nmeça, 90+1.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər