Bundesliqa bitdi: kim hara gedir?

Bundesliqa bitdi: kim hara gedir?
Almaniya Bundesliqasında 2013/14 mövsümü başa çatıb. Fanat.az xəbər verir ki, bu gün son turun oyunları keçirilib.
Mövsümün yekunlarına əsasən "Bavariya", ikinci pillənin sahibi "Borussiya" (Dortmund), həmçinin 3-4-cü pillələri tutmuş "Şalke 04" və "Bayer" Çempionlar Liqasına vəsiqə qazanıb. Futbol mövsümünü 5-7-ci pillərdə başa vurmuş "Volfsburq", "Borussiya" (Münhenqladbax) və "Maynts 05" Avropa Liqasına vəsiqə əldə edib. 
Son iki pilləni - 17-18-ci yerləri tutan "Nürnberq"lə Braunşveyq "Ayntraxt"ı yeni mövsümə aşağı liqada başlayacaq. II Bundesliqada çepion olmuş "Köln" I Bundesliqaya vəsiqə qazanıb. Daha bir komandanın adına son turun oyunlarından sonra bilinəcək. Hazırda ikinci pillədə qərarlaşan "Paderborn"un 59, üçüncü yerdəki "Paderborn"un 57 xalı var. Onlardan biri güclülər dəstəsinə birbaşa vəsiqə qazanacaq. 3-cü pilləni tutan komanda isə I Bundesliqanın 16-cı komandası - "Hamburq"la play-off oynayacaq.
 
Bundesliqa
2013/14 mövsümü
XXXIV tur
10 may
Bavariya - Ştutqart 1:0
Qol: Klaudio Pizarro, 90.
Herta - Borussiya (Dortmund) 0:4
Qollar: Robert Levandovski, 41; 80. Miloş Jajiç, 44. Henrik Mkıtaryan, 82.
Şalke 04 - Nürnberq 4:1
Qollar: Leon Qoretzka, 6. Roman Neustadter, 45. Julian Draksler, 75. Çinedu Obasi, 90+2 - Yosip Drmiç, 90.
Volfsburq - Borussiya (Münhenqladbax) 3:1
Qollar: Kevin de Bruyne, 30. İvan Perişiç, 68. Robin Knoçe, 81 - Kristof Kramer, 64.
Hoffenhaym - Ayntraxt (Braunşveyq) 3:1
Qollar: Sebastian Rudi, 15. Roberto Firmino, 64. Kevin Volland, 70 - Jan Hotşteydt, 88.
Maynts 05 - Hamburq 3:2
Qollar: Elkin Soto, 7. Yunus Malli, 65. Şinji Okazaki, 82 - Pierre Mişel Lasoqqa, 12.
Hannover 96 - Frayburq 3:2
Qollar: Sabolk Huszti, 45. Artyoms Rudnevs, 65. Edqar Prib, 80 - Conatan Şkmid, 50. Filip Zulexner, 78.
Bayer - Verder 2:1
Qollar: Ömer Toprak, 34. Eren Derdiyok, 53 - Teodor Gebre Selassi, 21. 
Auqsburq - Ayntraxt (Frankfurt) 2:1
Qollar: Raqnar Klavan, 29. Andre Han, 80 - Joselu, 15.

1

Bavariya

34

29

3

2

94:23

90

2

Borussiya D

34

22

5

7

80:38

71

3

Şalke 04

34

19

7

8

63:43

64

4

Bayer

34

19

4

11

60:41

61

5

Volfsburq

34

18

6

10

63:50

60

6

BorussiyaM

34

16

7

11

59:43

55

7

Maynts 05

34

16

5

13

52:54

53

8

Auqsburq

34

15

7

12

47:47

52

9

Hoffenhaym

34

11

11

12

72:70

44

10

Hannover 96

34

12

6

16

46:59

42

11

Herta

34

11

8

15

40:48

41

12

Verder

34

10

9

15

42:66

39

13

Ayntraxt F

34

9

9

16

40:57

36

14

Frayburq

34

9

9

16

43:61

36

15

Ştutqart

34

8

8

18

49:62

32

16

Hamburq

34

7

6

21

51:75

27

17

Nürnberq

34

5

11

18

37:70

26

18

Ayntraxt B

34

6

7

21

29:60

25

Bombardirlər: Robert Levandovski (Borussiya Dortmund) - 20. Mario Mandzukiç (Bavariya) - 18. Yosip Drmiç (Nürnberq) - 17. Roberto Firmino (Hoffenhaym), Adrian Ramos (Herta), Marko Reus (Borussiya Dortmund) - 16.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər