Bundesliqa: "Ayntraxt"dan "Verder"ə 3 cavabsız qol (VİDEO)

Bundesliqa: "Ayntraxt"dan "Verder"ə 3 cavabsız qol (VİDEO)
Almaniya Bundesliqasında 24-cü turdan təxirə salınmış "Verder" - "Ayntraxt" görüşü keçirilib.
İlk hissədə qapılara qol vurulmayıb. Oyunda hesab 61-ci dəqiqədə açılıb. Qonaqların heyətində Andre Silva fərqlənib. 20 dəqiqə sonra Ştefan İlzanker "Ayntraxt"ın üstünlüyünü iki topa çatdırıb. Matça son nöqtəni də avstriyalı futbolçu qoyub. 90-cı dəqiqədə növbəti dəfə "Verder"in qapısına yol tapan İlzanker dubl müəllifi olub.
 
Beləliklə, "bremenlilər"i 3:0 hesabı ilə məğlub edən "Ayntraxt" xallarının sayını 35-ə çatdıraraq 11-ci pilləyə yüksəlib. "Verder" isə 25 xalla 17-cidi.
Almaniya Bundesliqası
24-cü tur
"Verder" - "Ayntraxt" (Frankfurt) - 0:3
Qollar: Silva (61), İlzanker (81, 90)
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər