"Bunda nə bizim, nə də baş məşqçimizin rolu var" - Əmrah Çəlikəl

"Bunda nə bizim, nə də baş məşqçimizin rolu var" - Əmrah Çəlikəl

"Qarabağ"ın direktoru Əmrah Çəlikəl Ağdam klubunun futbolçularının Azərbaycan millisində zəif çıxış etməsi barədə səsləndirilən fikirlərə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "İdman TV"də yayımlanan "İdman detektivi" verilişinin ilk buraxılışında qonaq olan klub rəsmisi belə danışıb:

Klub rəsmisinin sözlərinə görə, futbolçulara hansı oyun üslubunun daha uyğun olduğuna baxmaq lazımdır: "Bizim üçün yığmaya çox futbolçu vermək şərəfdir. Sevindirici haldır ki, onların sayı günü-gündən artır. Bilirik ki, futbolçularımız vicdanlı, Vətəninə bağlı insanlardır. Millidə nəticə qazanılmırsa, bunda nə bizim, nə də baş məşqçimizin rolu var. İstərdik, yığmanın nəticələri "Qarabağ"ınkından da yaxşı olsun ki, bu da bizə əlavə stimul versin".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər