Bülənt Uyğun Qətər çempionatında

Bülənt Uyğun Qətər çempionatında
Türkiyənin tanınmış məşqçilərindən olan Bülənt Uyğun karyerasını Qətərdə davam etdirəcək. Fanat.az xəbər verir ki, 42 yaşlı mütəxəssis bu ölkənin "Umm-Salal" klubu ilə anlaşıb.
Klubun prezidenti Şeyx Faysal Bin Əhməd Əl Tani ilə 10 gün danışıqlar aparan Uyğun təklifi qəbul edib. Türk mütəxəssis yaxın günlərdə Qətərə gedərək rəsmi müqavilə imzalayacaq.
"Umm-Salal" ötən mövsüm Asiya Çempionlar Liqasında yarımfinal oynayıb. Karyerasına "Sivasspor"da başlayan Uyğun daha sonra "Bucaspor"u və "Eskişəhərspor"u çalışdırıb. 2012/13 mövsümünün bitməsinə 12 tur qalmış "Qaziantepspor"un başına keçmiş mütəxəssis komandanı təhlükəli zonadan uzaqlaşdırmış və mövsümü 10-cu pillədə başa vurmuşdu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər