Bu ulduza görə PSJ-də fikir ayrılığı yarandı - Əl-Xelaifi istəyir, Enrike yox

Bu ulduza görə PSJ-də fikir ayrılığı yarandı - Əl-Xelaifi istəyir, Enrike yox

PSJ klubunda "Real Madrid"in yarımmüdafiəçisi Orelyen Tçuameni ilə bağlı fikir ayrılığı yaranıb.

Fanat.Az xəbər verir ki, məlumatı "Defensa Central" yayıb. 

Mənbənin məlumatına görə, Paris klubunun prezidenti Nasser Əl-Xelaifi 24 yaşlı fransızı komandasının transfer hədəflərindən biri kimi görsə də, baş məşqçi Luis Enrike bu fikrə şübhə ilə yanaşır.

"Real Madrid" onunla ən azı 80-85 milyon avro qarşılığında ayrılmağa hazırdır. 

Bu mövsüm davamlı olaraq zədələrdən (dizindəki problemlər, topuq burxulması) əziyyət çəkən Tçuameni bir neçə matç buraxmağa məcbur olub. Buna baxmayaraq, fransız bütün turnirlərdə 16 dəfə meydana çıxmağı bacarıb, bir sarı vərəqə ilə yadda qalıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər