Bu siyahıda Mustafa Dənizli də var

Bu siyahıda Mustafa Dənizli də var
"Fənərbaxça" Türkiyə Super Liqasında mövsümün sonuna 3 tur qalmış çempionluğunu elan etdi. Bu həm də Ersun Yanalın baş məşqçi kimi ilk çempionluğu oldu. Bəs Yanaldan başqa Türkiyə çempionluğuna hansı türk mütətəxəssislər imza atıb?
Super Liqanın qalibi adını cəmi 9 yerli mütəxəssis qazanıb. Ən çox Fatih Terim bu titula yiyələnib. O, "Qalatasaray"la 6 dəfə qızıl medala sahib çıxıb.
"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli 3 dəfə çempion olub. O, "Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş"la birincilik sevinci yaşayıb.
"Rəvan"ın sabiq baş məşqçisi Cavad Gülər də də çempion məşqçilər sırasındadı. 2007/08 mövsümünün bitməsinə 6 tur qalmış Karl-Haynt Feldkampın yerinə keçən mütəxəssis qızıl medala sahib çıxıb.
Fatih Terim (6 dəfə)
1996-1997, Qalatasaray
1997-1998, Qalatasaray
1998-1999, Qalatasaray
2000-2001, Qalatasaray
2011-2012, Qalatasaray
2012-2013, Qalatasaray
Ahmet Suat Özyazıcı (4)
1975-1976, Trabzonspor
1976-1977, Trabzonspor
1979-1980, Trabzonspor
1983-1984, Trabzonspor
Mustafa Dənizli (3)
1987-1988, Qalatasaray
2000- 2001, Fənərbaxça
2008-2009, Beşiktaş
Gündüz Kılıç (2)
1961-1962, Qalatasaray
1962-1963, Qalatasaray
Özkar Sümer (2)
1978-1979, Trabzonspor
1980-1981, Trabzonspor
Cavad Gülər (1)
2007-2008, Qalatasaray
Ertoğrul Sağlam (1)
2009-2010, Bursaspor
Aykut Kocaman (1)
2010-2011, Fənərbaxça
Ersun Yanal (1)
2013-2014, Fənərbaxça
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər