Məşhur saytlardan biri heykəl qoyulmalı olan futbolları müəyyənləşdirib. Fanat.az xəbər verir ki, siyahıya Didye Droqba başçılıq edir. Onu Lionel Messi izləyir. İlk "üçlüy" Paul Skolez qapvyır.
Didye Droqba
Didye Droqba "Çelsi"dəki oyunu ilə hər zaman klubun əfsanələri arasında adı olacaq. 24 milyon funt-sterlinq qarşılığında Marsel "Olimpik"indən transfer olunan zaman hər kəs onun nə edə biləcəyini düşünür və bacarığına şübhə ilə yanaşırdı. Amma Joze Mourinyo bu transferdə israr etdi və zaman onun haqlı olduğunu göstərdi. Kot-D`İvuarlı ulduz portuqaliyalı mütəcəssisi üzüqara çıxartmadı. Didye 9 kubok finalında vurduğu 9 qolla böyük matçların oyunçusu olduğunu göstərdi və "Çelsi" tarixinin ən vacib oyunçuları arasında özünə yer etdi.
Lionel Messi
Lionel Messi henüz hələ 26 yaşındadı. amma qazandığı mükafatlar və qırdığı rekordlar yaşını dəfələrlə üstələyir. Argentinalı gənc deyilə biləcək yaşda 4 dəfə dünyanın ən yaxşısı seçilib və 408 oyunda 339 qola imza ataraq bütün statistikaları alt-üst edib. Sürəti və istedadı ilə müdafiəçilərin kabusuna çevirilib. Messi Argentina millisi ilə də böyük uğura imza ata bilsə, şübhəsiz ki, dünyanın ən yaxşısı elan ediləcək.
Paul Skolez
Paul Skolez illərlə "Mançester Yunayted"ə canla-başla xidmət edib. 20 ildən artıq müddətdə 718 dəfə formasını geyindiyi klubda orta sahənin onurğa sütunu rolunu oynayıb. Hər zaman futbolun ən yaxşı ötürmə edən futbolçularından biri olub və ən eritik zamanlarında komandasına qol imkanı qazandırıb. Karyerası ərzində Zinəddin Zidan da daxil olmaqla bir çox futbolçu tərəfindən dünyanın ən yaxşı yarımmüdafiəçisi adlandırılıb.
Raul Qonzales
Raul Qonzales həqiqi bir "Qalaktikos" super ulduzu olub. Onun qol rekordu bu günlərdə Kriştiano Ronaldo tərəfindən təhdid edilsə də, o, hələ də "Real"ın formasını ən çox geyinən və Çempionlar Liqasında ən çox qol vuran oyunçudu. Eyni zamanda "Real"a qazandığı 6 La Liqa çempionluğu və 3 Çempionlar Liqası ilə bir heykəli haqq edir.
Paolo Maldini
Bütün karyerasını "Milan"a həsr edən Paolo Maldini "tək klubluq adam" anlayışının simasıdı. İtalyan əfsanə 902 dəfə "qırmızı-qara" formanı geyinərək 33 qola imza atıb, 7 dəfə A Seriyası çempionluğunu və 5 dəfə Çempionlar Liqasını qazanıb. Özünə qarşı oynayan bütün futbolçulardan həmişə hörmət görüb. Bütün bunlar onun "El Capitano" (kaptan) ləqəbini sonuna qədər haqq etdiyini göstərir.
Frank Lempard
Frank Lempard yarımmüdafiəçi olmasına rəğmən "Çelsi" formasını geyindiyi 639 oyunda 210 qola imza ataraq klub tarixinin ən yaxşı bombardiri olub. İngilis ulduz London klubunda 3 dəfə Premyer Liqanın, 4 dəfə Federasiya Kubokunu və 1 dəfə də Çempionlar Liqasını qazanıb. Beləliklə Lempardda karyerasını bitirdikdən sonra heykəli ucaldılacaq futbolçulardan biridi.
Karles Puyol
Karles Puyol hər zaman dünyanın ən yaxşı müdafiəçilərindən biri olmaqla yanaşı, İspaniya tarixinin mübahisəsiz ən yaxşı arxa xətt oyunçusudu. "Barselona"da bir çoxunda kapitan kimi meydana çıxdığı 681 matç keçirən əfsanə 6 La Liqa, 3 Çempionlar Liqası çempionluğu yaşayıb.
Stiven Cerrard
Stiven Cerrard gənc yaşından azarkeşi olduğu klubun formasını geyinən, "bayraqdar" anlayışının ən yaxşı örnəklərindən biridi. Liverpul şəhərində doğulmuş bir çox həmyerlisi kimi "Liverpul" formasını geyinməyin önəmini anlayan əfsanənin adı klub tarixindən heç vaxt silinməyəcək.
Françesko Totti
Tam 22 ildi "Roma" forması geyinən Françesko Totti "bayraqdan" anlayışının ən parlaq simalarından biridi. 37 yaşına yaxınlaşmasına rəğmən formadan düşməyən italyan oyunçu "Roma" formasını geyindiyi 549 matçda 232 qol vurub. Artıq fanatlar Romanın küçələrinə əfsanənin fotolarını vurmağa başlayıb.
Fanat.az