Alt paltarı markası "Victoria`s Secret"in mələklərindən olan Adriana Limanın həyat yoldaşı Marko Yariçlə problemləri yaranıb. Fanat.az xəbər verir ki, braziliyalı modellə serb basketbolçunun münasibətləri onun yarıçılpaq fotoları üzündən pozulub.
Belə ki, Lima Almaniyanın "Interview" dərgisinin aprel nömrəsi üçün kamera qarşısına keçib. Robbi Fimmanonın çəkdiyi ağ-qara şəkillərdə model yarıçılpaq pozlar da verib. "The Daily Mail"in xəbərinə görə, Adriananın bu şəkilləri Yariçin xoşuna gəlməyib. Cütlüyün hətta boşanmaq haqqında belə düşünür.
Qeyd edək ki, Lima və Yariç 5 il əvvəl evlənib. Onların Valentina (5 yaş) və Sienna (2 yaş) adlı iki övladı var.
Fanat.az