"Beşiktaş"ın futbolçusu Duşko Toşiçlə Jelena Karleusa arasında dava düşüb. Fanat.Az xəbər verir ki, buna səbəb müğənni xanımın paylaşdığı bir foto olub.
Məlumata görə, bir müddət əvvəl İstanbula gələn Jelena Acıbademdəki evlərində yataqda çəkdiyi fotosunu sosial mediada paylaşıb. Onun bu paylaşımı Toşiçin əsəbləşməsinə səbəb olub və onlar dava edib. Dava böyüyüncə Jelena uşaqlarını da götürərək Kadıköydəki otellərdən birinə yollanıb və Türkiyədən gedənə qədər orda qalıb.
Jelena bu davadan sonra həyat yoldaşını sosial media hesablarından da silib.

Fanat.Az