Rusiyanın paytaxtı Moskvada keçirilən atletika üzrə dünya çempionatında rus atletlərin hərəkəti dünya mətbuatının diqqət mərkəzinə düşüb. Fanat.az xəbər verir ki, 4×400 m məsafəyə qaçış yarışlarında dünya çempionu olan Rusiya yığmasının iki qadın üzvü Kseniya Rıjova və Tatyana Firovanın öpüşməsi kameraların diqqətindən yayınmayıb.
Dünya mətbuatında ən çox müzakirə olunan mövzularından birinə çevirilən bu öpüşmənin Rusiyada homoseksuallarla bağlı çıxarılan son qərara etiraz olduğu deyilir. Belə ki, Rusiya hökuməti homoseksuallarla bağlı sərt qadağalar tətbiq etməyə başlayıb. Daxili İşlər Nazirliyi yeni qanuna əsasən homoseksual olduğunu etiraf edənlər 2014-cü ildə keçirilək Soçi Qış Olimpiya Oyunlarında qatılacaqları halda idmançı belə olsalar həbs ediləcəyini açıqlayıb.
Rusiyada homoseksuallara qarşı qəbul edilən qanun layihəsində “homoseksual təbliğat” qadağan olunub və onların hüquqlarının müdafiəsinin qarşısı alınıb. Daxili İşlər Nazirliyinin “idmançılar belə həbs olunacaq” açıqlaması Beynəlxalq Olimpiya Komitəsini belə təəccübləndirib. Komitə homoseksual “özünüzü ifşa etməyin” məshələtini verib.
Rusiyanın idman naziri Vitali Mutko yeni qanunu maraqlı tərzdə şərh edib: “Biz uşaqlarımızı narkotik, alkaqol və ənənəvi olmayan cinsi münasibətlərdən qorumaq istəyirik. Biz onlar böyüdükdə öz qərarlarını özlərinin verməsinə çalışırıq. Qanun bunu hədəfləyir. Hər kəsi Soçidə gözləyirik. Bir daha deyirəm, hər kəsin hüquq və azadlıqları qorunacaq, heç bir ayrı-seçkilik olmayacaq”.
Məşhur rus atlet Yelena İsinbayeva qanun layihəsini dəstəkləyirək bu açıqlamanı vermişdi: “Biz özümüzü ənənəvi, normal insan sayırıq, bizdə qadınlar kişilərlə, kişilər qadınlarla yaşayır”.
Lakin onun bu ifadələri böyük etirazlara səbəb olub. Moskvadakı dünya çempionatında gümüş medal qazanan amerikalı atlet Nik Simmonds onun sözlərini tənqid etmişdi: “Məncə, Yelena həddini aşıb. Çünki homoseksual dostlarımızın normal olmadığını iddia edərək, onların xoşbəxtliyini arzulamadığını ortaya qoyub. Onun kimi savadlı bir insanın belə fikirləri necə səsləndirdiyini anlaya bilmirəm”.
Rus aktivist hərəkatının lideri Nikolay Alekseyev is əLenin heykəlinin önündəki çıxışında bu ifadələri səsləndirib: “Onun səviyyəsindəki bir atlet belə fikirlər söyləmədən əvvəl iki dəfə düşünməlidi. Rusiya əcnəbiləri öz qanunlarına tabe etməyə çalışmazdan öncə özü beynəlxalq hüquq normalarına uyğunlaşmalıdı. İsinbayeva çox böyük bir səhvə yol verdi”.
Etirazlardan sonra ikinci açıqlamanı verən İsinbayeva sözlərinə düzəliş edib: “Mən də hər kəs kimi homoseksuallara qarşı ayrı-seçkiliyə qarşıyam və sözlərim yalnış anlaşılıb”.
Rusiyanın qəbul etdiyi qanun layihəsi Avropa, ABŞ və həmçinin İsraildə böyük etirazlara səbəb olub. Təl-Əvivdəki Rusiya konsulluğunun qarşısında aksiya keçirən homoseksuallar bu ölkədəki homoseksuallar üçün ədalət tələb edib. Aksiyaya qatılan Elise Vitehen bunları deyib: “Bir vətəndaş zorakılığa məruz qalır və ya hər hansı bir şəkildə sıxışdırılırsa, onu qorumaq dövlətin vəzifəsidi. Rusiya homoseksual vətandaşlarına qarşı üzərinə düşən məsuliyyəti yerinə yetirməlidi.Bu insan haqqlarının tapdanmasıdı”.
Qanun layihəsinin ləğvi üçün dünyada başladılan kampaniya çərçivəsində 1 milyondan artıq imza toplanıb.
Amerikalı lezbiyan kayakçı Sarah Henderson Soçidə radikalların hücumuna məruz qalacağından çəkindiyini açıqlayıb. Yeni Zellandiyadan olan idmançı Blake Skyellerup isə Soçidə hər hansı bir şəkildə bu qanuna etiraz edəcəyini açıqlayıb.