2014-cü il Qış Klassiki adı ilə NHL komandaları - "Toronto Maple Leafs" və "Detroit Red Wings" arasında keçirilən xokkey matçında rekord qeydə alınıb. Fanat.az xəbər verir ki, açıq "Miçiqan" stadionunda keçirilən qarşılaşmanı 105 min 491 nəfər canlı izləyib. "Toronto Maple Leafs"in 3:2 hesablı qələbə qazandığı matçda qar və güclü küləyə rəğmən azarkeşlər sonadək komandalarını dəstəkləyiblər.
Fanat.az