Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

"Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer cari mövsüm İngiltərə Premyer Liqasında (İPL) olduqca diqqətçəkən statistik göstəricilərlə yadda qalıb.

Fanat.Az "Squawka"ya istinadən xəbər verir ki, o, çempionatda 50-dən çox qol vəziyyəti yaradan, 50-dən çox cərimə zərbəsi qazanan, 50-dən çox uğurlu keçid edən yeganə futbolçudur.

Bundan başqa, İngiltərə millisinin üzvü İPL-də 15 qol və 8 məhsuldar ötürmə ilə də yadda qalıb.

Palmerin "Çelsi" ilə müqaviləsinin müddəti 2033-cü ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, hazırda İPL-in turnir cədvəlində 63 xalla 5-ci yerdə mövqe tutan "zadəganlar" UEFA Konfrans Liqasının finalına da yüksəliblər. London təmsilçisi həlledici qarşılaşmada "Betis"lə üz-üzə gələcək. Oyun mayın 28-də keçiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər