“Bu məsələ bağlanmayıb” - Vəli Qasımov

“Bu məsələ bağlanmayıb” - Vəli Qasımov
“Komanda Maltadan gələndən istirahət etməyib. Məşqlərə davam edirik”. Fanat.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Vəli Qasımov deyib.
 
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində ilk görüşdə “Baltsan” üzərində Maltada 2:0 hesablı qələbə qazanan paytaxt təmsilçisi iyulun 7-də cavab matçına çıxacaq.
 
Qasımov səfər qələbəsinə baxmayaraq, bu gün təşkil edilən mətbuat konfransında cütün taleyinin həll olunmadığını söyləyib: “Yaxşı vəziyyətdəyik. Oyunu gözləyirik. İnşallah, yaxşı nəticə gözləyirik”.
 
- Böyük ehtimalla növbəti mərhələyə vəsiqə qazanacaqsız. Buna baxmayaraq, potensial rəqiblərin oyununa nümayəndə göndərməməyiniz...
- Favorit başqa şeydi, keçmək başqa. Hələ heç nə bitməyib. Potensial rəqiblər barədə məlumatım var. Onları izləmişəm.
 
- Bu “Neftçi” Avroliqada nə qədər irliləyə bilər?
- Bacardığımız qədər. Komandanın potensialı var. Malta klubunun heyətində səviyyəli futbolçular var. Heç də pis heyətləri yoxdu.
 
- Aylton Silva komandadan ayrıldı?
- Bu məsələ bağlanmayıb. Danışıqlar davam edir. Hələ gəlib-gəlməyəcəyi bilinmir.
 
- Növbəti mərhələyə adlasaz, yeni hücumçu alınacaq?
- Seleksiya işləri davam edir. Amma bizə uyğun hücumçu hələ tapmamışıq. Çox oyunçuya baxmışıq. (Apasport.az)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər