"Real Madrid"in kareyrasını bitirmək qərarına gələn yarımmüdafiəçisi Toni Kroos onun geyindiyi 8 nömrəli formanın növbəti mövsümdən Federiko Valverdeyə verilməsinə münasibət bildirib.
Fanat.Az-ın məlumatına görə, "Marca" alman futbolçunun sözlərini belə çatdırıb:
"Növbəti mövsümdən 8 nömrəli forma boş olacaq. Öz nömrəmi bu oğlana - Federiko Valverdəyə vermək mənim üçün şərəf sayılar".
Xatırladaq ki, Kroos "Real"a 2014-cü ildə "Bayern Münhen"dən transfer edilib. İspaniya nəhəngində ümumilikdə 465 oyuna çıxan alman futbolçu bu qarşılaşmalarda 28 qol və 99 məhsuldar ötürmə ilə yadda qalıb. O, Madrid təmsilçisi ilə 5 dəfə Çempionlar Liqasının, 4 dəfə La Liqanın, 4 dəfə Avropa Superkubokunun qalibi olub.
Nihat