Bu klub dünya çempionatından imtina etdi

Bu klub dünya çempionatından imtina etdi
Yeni Zelandiyanın "Oklend Siti" klubu klublararası dünya çempionatında iştirakdan imtina edib.
Fanat.Az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, səbəb ölkə rəhbərliyinin koronavirus pandemiyası ilə əlaqədar karantin tədbirlərini sərtləşdirməsidi.
Beləliklə, Qətərin "Əl-Duhail" komandası birbaşa yarışın ikinci mərhələsinə vəsiqə qazanacaq.
FIFA Qətər rəhbərliyi ilə birlikdə, mundiala qatılan hər kəsin sağlamlığını və təhlükəsizliyini qorumaq üçün tibbi və təhlükəsizlik protokolu tətbiq edir.
Qeyd edək ki, klublararası dünya çempionatı 1 - 11 fevralda Qətərdə keçiriləcək.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər