Bu gün "Xəzər Lənkəran"ın mətbuat konfransı keçiriləcək

Bu gün "Xəzər Lənkəran"ın mətbuat konfransı keçiriləcək

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Xəzər Lənkəran” – “Makkabi” (Hayfa) oyunundan öncə keçiriləcək baş məşqçilərin mətbuat konfranslarının vaxtı məlum olub. Belə ki, “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşakın mətbuat konfransı bu gün, iyul ayının 24-də saat 20:00-da keçiriləcək. Qonaq komandanın oyun öncəsi son məşqi saat 21:00-da baş tutacaq və məşqin ilk 15 dəqiqəsi KİV üçün açıq olacaq. “Makkabi” (Hayfa) klubunun baş məşqçisi Benido Arielin mətbuat konfransı məşqdən 30 dəqiqə əvvəl, saat 20:30-da baş tutacaq. Xatırladaq ki, qonaqların 54 nəfərlik heyəti dünən axşam saatlarında Lənkərana çarter reysi ilə təşrif buyurub. 

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər