Bu gün medallarımızın sayı daha da arta bilər

Bu gün medallarımızın sayı daha da arta bilər
Bu gün Rio Olimpiadasında XIII gün start götürəcək. Fanat.Az Azərbaycan idmançıları üçün bu günün təqvimini təqdim edir:
16:37. Kanoedə Valentin Demyanenko start xəttinə çıxacaq. 
17:00 49 kq-da taekvondoçu Patimat Abakarova 1/8 finalda serb Tiyana Boqdanoviçlə qarşılaşacaq. 
17:05 Atlet Hayle İbrahimov 5 min metr məsafəyə qaçış yarışında iştirak edəcək. 
17:19 Kayakçı İnna Osipenko-Radomskaya 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə seçmə yürüşə çıxacaq. 
17:48 Azərbaycanın qadın güləşçilərindən Mariya Stadnik 48 kq çəki dərəcəsində ilk görüşünü keçirəcək. 1/8 finalda rəqibi argentinalı Patrisiya Bermudes olacaq.
17:56 Güləşçimiz Yuliya Ratkeviç 58 kq çəkidə 1/8 final qarşılaşmasında çıxış edəcək. O, ukraynalı Oksana Herhellə üz-üzə gələcək.
22:30 Boksçu Elvin Məmişzadə 52 kq çəki dərəcəsində özbək Şaxobidin Zoirovla 1/4 final görüşündə üz-üzə gələcək. Məmişzadə qələbə qazansa, yarımfinala yüksələrək, ən azı bürünc medalı özünə təmin edəcək.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər