Bu gün klublarımızın Avroliqadakı rəqibləri bilinəcək

Bu gün klublarımızın Avroliqadakı rəqibləri bilinəcək
Bu gün UEFA-nın Nyon şəhərindəki (İsveçrə) mənzil qərargahında Avropa Liqasının 2013/14 mövsümünün ilk iki təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki təmsilçiləri də də öz rəqiblərini tanıyacaqlar.
Qeyd edək ki, Azərbaycanın üç komanda ilə təmsil olunacağı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirinin ilkin mərhələsində 76 klub mübarizə aparacaq. Onların arasında Premyer Liqamızın gümüş mükafatçısı “Qarabağ”, bürünc medalların sahibi “İnter”, eləcə də ölkə kubokunun finalçısı “Xəzər Lənkəran” da var.
 
Bütövlükdə, Avroliqanın ilk təsnifat mərhələsində mübarizə aparmaq şansı qazanan klublar aşağıdakılardı:
Səpələnmişlər
Səpələnməmişlər
Rosenborg (Norveç)
Domjale (Sloveniya)
Jilina (Slovakiya)
Glentoran (Şimali İrlandiya)
Levski (Bolqarıstan)
Metallurg (Skopye, Makedoniya)
Botev (Bolqarıstan)
Milsami (Moldova)
Videoton (Macarıstan)
Celje (Sloveniya)
Ventspils (Latviya)
Torpedo (Gürcüstan)
Tromse (Norveç)
Teteks (Makedoniya)
Aktobe (Qazaxıstan)
İrtış (Qazaxıstan)
Dinamo (Minsk, Belarus)
Jeunesse (Lüksemburq)
St Patricks (İrlandiya)
Crusaders (Şimali İrlandiya)
Qarabağ (Azərbaycan)
Santa Coloma (Andorra)
Vojvodina (Serbiya)
Çixura (Gürcüstan)
Malmö (İsveç)
Jalgiris (Litva)
Sarajevo (Bosniya)
Mariehamn (Finlandiya)
Astra (Rumıniya)
Mika (Ermənistan)
Reykjavik (İslaniya)
İBV (İslandiya)
Dudelange (Lüksemburq)
Çelik (Monteneqro)
Inter Turku (Finlandiya)
Hibernians (Malta)
Dacia (Moldova)
Sliema (Malta)
Levadia (Estoniya)
Tiraspol (Moldova)
Linfield (Şimali İrlandiya)
Drogheda United (İrlandiya)
Honved (Macarıstan)
Narva Trans (Estoniya)
Valletta (Malta)
Gandzasar (Ermənistan)
Differdange (Lüksemburq)
Kruoja (Litva)
Metallurg (Liepaya, Latviya)
Astana (Qazaxıstan)
Gefle (İsveç)
Laçi (Albaniya)
Punik (Ermənistan)
Teuta (Albaniya)
Zrinjski (Bosniya)
Vikingur (Farer adaları)
Rudar (Monteneqro)
Turnovo (Makedoniya)
İnter (Azərbaycan)
Mladost (Monteneqro)
Skonto (Latviya)
Santa Coloma (Andorra)
Suduva (Litva)
Kukesi (Albaniya)
Vaduz (Lixtenşteyn)
Fuglafjordur (Farer adaları)
Flora (Estoniya)
Prestatyn Town (Uels)
Xəzər Lənkəran (Azərbaycan)
Airbus (Uels)
Torshavn (Farer adaları)
Bala Town (Uels)
TPS (Finlandiya)
La Fiorita (San Marino)
Breidablik (İslandiya)
Libertas (San Marino)
 
Göründüyü kim, Avroliqanın ilkin təsnifat mərhələsinin püşkatması zamanı klublarımızın hər üçü səpələnmişlər sırasında yer alacaq. Bu isə komandamızın güclülər sırasında olub, nisbətən zəif klublarla qarşılaşacağı anlamına gəlir.
 
Püşkatma ərəfəsində UEFA iştirakçı klubları müəyyən amillər nəzərə alınmaqla bir neçə qrupa ayıracaq. “Qarabağ”, “İnter” və “Xəzər Lənkəran”ın daha konkret potensial rəqiblərinin kimliyi də məhz bu zaman bilinəcək.
 
Sonda onu da diqqətinizə çatdıraq ki, Avroliqanın ilkin təsnifat mərhələsinin ilk oyunları oyulun 4-də, cavab qarşılaşmaları isə 11-də keçiriləcək.
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər