Bu gün Füzulidə beynəlxalq reqata keçiriləcək

Bu gün Füzulidə beynəlxalq reqata keçiriləcək

Füzulidə bu gün ilk dəfə akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq turnir keçiriləcək.

Fanat.Az xəbər verir ki, "Mingəçevir reqatası-2024”-ün növbəti yarışları Aşağı Köndələnçay su anbarında gerçəkləşəcək.

Turnirə Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıblar.

Ötən gün Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində start götürən reqatanın ilk günündə Azərbaycan təmsilçiləri 9 medal (2 qızıl, 3 gümüş, 4 bürünc) əldə ediblər.

Qeyd edək ki, bu gün Füzulinin işğaldan azad olunmasından dörd il ötür. 

Yarış oktyabrın 18-də Mingəçevirdə başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər