Bir güləşçimiz finalda, digəri "bürünc" uğrunda döyüşəcək - YENİLƏNİB

Bir güləşçimiz finalda, digəri "bürünc" uğrunda döyüşəcək - YENİLƏNİB
Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında yarınfinal görüşünə çıxıb. 
Fanat.Az xəbər verir ki, 55 kq çəkidə yer alan Əzizlinin rəqibi qazaxıstanlı Xorlan Jakanşa olub. Görüşün əvvəlində Əzizli hesabda 0:3 geri düşsə də, fasiləyədək fərqi minimuma endirib. İkinci hissədə isə Jakanşa fərqi artıraraq, qələbəyə nail olub - 11:5. Beləliklə, ötənilki azərbaycanlı Avropa və dünya çempionu finala yüksələ bilməyib. O, bürünc medal uğrunda mübarizə aparacaq.
Rafiq Hüseynov isə yarımfinal görüşünə çıxıb. 82 kq çəkidə yer alan Hüseynovun rəqibi iranlı Said Morad Abdval olub.
Görüşün əvvəlində Hüseynov 2:0 hesabı ilə önə çıxıb. Fasiləyədək fərq daha da artıb - 3:1. Lakin ikinci hissənin əvvəlində Abdval 4 xallıq fəndlə üstünlüyü ələ alıb. Hissənin sonlarında Hüseynov 4 xallıq fərqlə qələbəyə nail olub - 8:5. O, finalda gürcüstanlı Laşa Qobadze ilə üz-üzə gələcək.
 
***14.18 
Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında 1/4 final görüşünə çıxıb. 
Fanat.Az xəbər verir ki, 55 kq çəkidə yer alan Əzizlinin rəqibi monqolustanlı Davabandi Munx Erdende olub. 
Görüş Əzizlinin vaxtından əvvəl tam üstünlüklə qələbəsi ilə yekunlaşıb - 9:0. Onun finala gedən yolda rəqibi qazaxıstanlı Xorlan Jakanşa olacaq.
***12.09
Azərbaycan yunan-Roma güləşçisi Sənan Süleymanov Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında 1/4 final görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 72 kq çəkidə yer alan Süleymanovun rəqibi macarıstanlı Balint Koprasi olub. Görüş Koprasinin qələbəsi ilə yekunlaşıb - 0:6.
Rafiq Hüseynov isə 1/4 finalda qazaxıstanlı Maxat Yerejepovla qarşılaşıb. Görüş Hüseynovun vaxtından əvvəl qələbəsi ilə yekunlaşıb - 7:1. 
***10.43
Azərbaycanın güləş millisi Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
Fanat.Az xəbər verir ki, 72 kq çəkidə yer alan yunan-Roma güləşçisi Sənan Süleymanov təsnifat mərhələsində xorvatiyalı Dominik Etlingeri məğlub edib - 2:0. O,1/8 finalda gürcüstanlı Yuri Lomadze ilə üz-üzə gəlib. Görüş Süleymanovun qələbəsi ilə yekunlaşıb - 9:5.
82 kq çəkidə yarışan Rafiq Hüseynov moldovalı Mihail Bradunu 6:0 hesabı ilə üstələyib. Onun 1/8 finaldakı rəqibi ukraynalı Yuri Şkryuba olub. Görüş Hüseynovun qələbəsi ilə yekunlaşıb - 7:0.
55 kq çəkidə yarışan dünya və Avropa çempionu Eldəniz Əzizli isə 1/8 finalda hindistanlı Manjet Manjeti üstələyib - 8:0. O, 1/4 finalda monqolustanlı Davabandi Munx Erdende ilə görüşəcək.
63 kq çəkidə güləşən Elman Muxtarov isə 1/8 final mərhələsində ermənistanlı Slavik Qalstyanla üz-üzə gəlib. Muxtarov qarşılaşmanın əvvəlində hesabda geri düşsə də, sonradan üstünlüyü ələ alıb. O, ilk hissəni öndə tamamlayıb - 7:3.
Lakin ikinci hissədə Muxtarov üstünlüyü əldən verərək, uduzub - 7:14.
 
***09.30
 
Bu gün Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı start götürəcək.
Fanat.Az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə qeyri-olimpiya çəki dərəcələri olan 55 kq, 63 kq, 72 kq və 82 kq-da mübarizəsi keçiriləcək. Bu gün mübarizəyə dörd idmançımız qoşulacaq.
 
İlk yarış gününə yarımfinal görüşləri ilə yekun vurulacaq. Təsəlliverici və final görüşləri sentyabrın 14-də yekunlaşacaq.
55 kq
1/8 final. Eldəniz Əzizli (Azərbaycan) - Manjet Manjet (Hindistan)
63 kq
1/8 final. Elman Muxtarov (Azərbaycan) - Slavik Qalstyan (Ermənistan)
72 kq
Təsnifat. Sənan Süleymanov (Azərbaycan) - Dominik Etlinger (Xorvatiya)
82 kq
Təsnifat. Rafiq Hüseynov (Azərbaycan) - Mihail Bradu (Moldova)
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər