Bu gün boks üzrə kadetlər arasında zona birinciliyinin final mərhələsi başlayır

Bu gün boks üzrə kadetlər arasında zona birinciliyinin final mərhələsi başlayır

Boks üzrə kadetlər arasında zona birinciliyinin final mərhələsi bu gün start götürəcək.

Fanat.Az Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, sözügedən turnirdə 50 komandadan 153 boksçu 17 çəki dərəcəsi üzrə mübarizə aparacaq. 

Görüşlərdən öncə komandaların paradı baş tutacaq.

Final mərhələsində, həmçinin qız boksçuların da seçim turniri olacaq. Mübarizəyə 30 idmançı qoşulacaq.

Yarışın baş hakimi Anar Babanlı olacaq.

Qeyd edək ki, Bakı Boks Mərkəzində təşkil olunacaq turnirin final mərhələsi aprelin 26-da başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər