Bu gün "AVRO-2024"ün ev sahibi açıqlanacaq: Türkiyə, yoxsa Almaniya?

Bu gün "AVRO-2024"ün ev sahibi açıqlanacaq: Türkiyə, yoxsa Almaniya?
Bu gün 2024-cü il Avropa çempionatına ev sahibliyi edəcək ölkənin adı açıqlanacaq.
Fanat.Az xəbər verir ki, UEFA qərarını qurumun İcraiyyə Komitəsinin İsveçrənin Nyon şəhərində keçiriləcək iclasında sonra elan edəcək. UEFA prezidenti Aleksandr Çeferin qalibin adını Bakı vaxtı ilə saat 16.45-dən sonra təşkil olunacaq brifinqdə açıqlayacaq.
"AVRO-2024"ə ev sahibliyi uğrunda iki ölkə mübarizə aparıb - Türkiyə və Almaniya. Bu ölkələr Avropa çempionatının oyunlarının keçirilməsi üçün şəhər və stadionları da açıqlayıblar. Almaniya "onluğ”a Berlin ("Olimpiaştadion", 70,033 nəfərlik), Köln ("Köln" stadionu, 46,922), Dortmund ("BVB Stadion", 61,524), Düsseldorf ("Düsseldorf Arena", 46,264), Frankfurt ("Frankfurt Stadion", 48,057), Gelzenkirhen ("Arena AufSchalke", 49,471), Hamburq ("Hamburq Arena", 50,215), Leyptsiq ("RB Arena", 46,635), Münhen ("Münhen Futbol Arenası", 66,026) və Ştutqartı ("Ştutqart Arena", 50,998) daxil edib.
Türkiyənin sifariş vərəqində isə 9 şəhərdə yerləşən 10 arena - Ankara ("Ankara Stadium", 62,332), Antalya ("Antalya Stadium", 41,349), Bursa (Bursa stadionu, 42,985), Eskişəhər (Eskişəhər stadionu, 32,204), Qaziantep (Qaziantep stadionu, 33,884), İstanbul (İstanbul Atatürk Olimpiya stadionu, 85,718 və "Ali Sami Yen" İdman Kompleksi, 50,178), Kocaeli (Kocaeli stadionu, 32,204), Konya ("Konya Büyükşehir Belediye" stadionu, 36,193) və Trabzon (Şenol Güneş İdman Kompleksi,40,735) yer alıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər