Bu da belə bir rekord

Bu da belə bir rekord

DÇ-2014-ün son iki oyununda 4 xal toplayan milli yeni rekorda imza atıb. Fanat.az xəbər verir ki, bu gün açıqlanan FİFA reytinq sıralamasında 88-ci  pilləyə yüksələn seçməmiz tarixinin ən yüksək nəticəsini göstərib.

 

Ötən tsiklin sonlarında reallaşdırdığı 7 xallıq göstəricini Şimali İrlandiyanı yenib yeniləyən yığma Rusiya ilə bərabərə qalmaqla xal rekordunu bir qədər də yaxşılaşdırıbsa,Berti Foqtsun 35 ay əvvəl gördüyü 90-cı pillə də ən yaxşı mövqe statusunu itirib. Belə ki, 2010-cu ilin payızında dünyanın 90-cısı olan seçməmiz bu dəfə 2 “addım” öndədi.

 

 İlk “yüz”lüyə isə komandamız 25 aydan sonra qayıdıb. 2011-ci il sentyabrında 97-ci olan millimiz o vaxtdan belə uğura sevinmirdi.

 

Qeyd edək ki, Foqts milimizə baş məşqçi təyin olunandan sonra açıqlanan ilk reytinqdə - 2008-ci ilin aprelində yığmamız 137-ci idi. 6 ildə komandamız 49 pillə yüksəlib.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər