"Bu çempionatda aşkar favorit yoxdur" - Rüstəm Məmmədov

"Bu çempionatda aşkar favorit yoxdur" - Rüstəm Məmmədov

Birinci Liqanın 6-cı turunda "Zaqatala" doğma meydanda "Araz Saatlı" qəbul edib. Görüş ev sahibi komandanın 2:0 qələbəsi ilə yekunlaşıb. Qalib komandanın baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxlayıb 3 xal qazandıqları oyun barədə fikirlərini öyrəndik.

Məmmədovun Fanat.Az açıqlaması belə oldu :

"Bəli, ilk qələbəmiz idi. Demək olar digər oyunlardakı ssenari təkrarlandı. İlk hissədə yenə önə keçdik. İkinci hissənin əvvəlində ikinci topu vurduq. Sonra müəyyən zaman kəsiyində rəqibin təzyiqi ilə üzləşdik. Bu dəfə əvvəlki oyunlardan fərqli o oldu ki, qırılma nöqtəsi yaşanmadı. Oyundan-oyuna komandamda fərq hiss olunur. Fiziki olaraq, yaxşı təsir bağışladıq. Bu çempionatda aşkar favorit yoxdur. Rəqib pis müqavimət göstərmədi. Oyun baxımından müəyyən səhvlərimiz var idi. Bundan sonra yenə o səhvləri aradan qaldırmaq üçün çalışacağıq".

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər