"Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso Bundesliqanın 27-ci turunda "Hoffenhaym" üzərində geridönüşlə qazandıqları qələbəni (2:1) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, 42 yaşlı ispaniyalı mütəxəssisin fikirlərini klubun saytı belə çatdırıb:
"Çox gərgin oyun oldu. Birinci hissədə bir sıra məqamlarla bağlı müəyyən problemlər yaşadıq. Biz həmişə sona qədər oynayırıq. Bu, bizim vizit kartımızdır, özəlliyimizdir. Komandamla çox fəxr edirəm".
Qeyd edək ki, 73 xalı olan "Bayer" Bundesliqanın turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. Alonsonun çalışdırdığı kollektiv 2-ci yerdəki "Bayern Münhen"i 13 xal qabaqlayır.